66cd46df5ff3c202408242415

Azərbaycanlı jurnalistin BU PAYLAŞIMI gündəm oldu - FOTO

Azərbaycanlı jurnalist Dəryanur Cəfərova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini onun adına saxta xəstəlik yazmaqda ittiham edib. 

O, bu barədə sosial hesabında yazıb: "Mən Yevlaxda qeydiyyatdayam. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranandan bəri bir dəfə də olsun xəstəxanaya müraciət etməmişəm. İndi sistemdə görürəm ki, guya 2020-2021-ci illər ərzində burnumdan qan açılması ilə bağlı adını qeyd etdikləri həkimin qəbulunda olmuşam. Hətta mənə xəstəlik də tapıblar. 2020-ci ildə məndə babasil aşkar ediblər. Sizdə hər şey yaxşıdı?Bunları kim daxil edib sistemə? Niyə mənim xəstəliyim olmaya-olmaya burada xəstəlik qeyd olunub?",- deyə jurnalist qeyd edib.

 
27.08.2024 07:22
show 308