6751d7a4b59a3202412244108

Azərbaycanlı iş adamı "Beşiktaş"ın prezidenti ola bilər

Bildiyiniz kimi, Hasan Arat "Beşiktaş"ın prezidentliyindən istefa verib.

Qlobal.net offsideplus.az-a istinadən xəbər verir ki, onu azərbaycanlı iş adamı əvəz edə bilər. Söhbət Mübariz Mənsimovdan gedir. Bu məlumatı "Palmali" şirkətlər qrupunun sözçüsü Fidan Quliyeva yayıb. O, məsələ ilə bağlı rəsmi X hesabında paylaşım edib:

“Türkiyənin ən köklü və ən böyük futbol klublarından biri olan “Beşiktaş” klubunun qarşıdan gələn klub prezidenti seçkiləri həm azarkeşlər, həm də futbol dünyasında böyük maraq doğurur. “Beşiktaş” geniş azarkeş kütləsinə sahibdir. Buna görə də klub başkanlığı yarışına dair müzakirələr və ehtimallar sosial mediada sürətlə yayılır.

X-də azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.

O da qeyd edilir ki, klub fanatları həm Mübariz Mənsimova, həm də yerli iş adamlarına hazırda maddi sıxıntı yaşayan “Beşiktaş” klubuna dəstək verilməsi ilə bağlı çağırış ediblər.

İş dünyasındakı təcrübəsi və idman yatırımları ilə məşhur olan M. Mənsimov azarkeşlər arasında xüsusi diqqət çəkir”

05.12.2024 20:39
show 231