Azərbaycanlı gənc dünyaca məşhur universitetə qəbul olub.
Qlobal.net xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistr məzunu Şəbnəm Tağıyeva "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində tam təqaüd qazanmaqla Böyük Britaniyanın məşhur Oksford Universitetinin İctimai siyasət ixtisası üzrə magistratura pilləsinə qəbul olub.