Saytımızın daimi izləyiciləri "Səbail"in baş məşqçisi Şahin Diniyevlə bağlı redaksiyamıza şok məlumat verib.
Onların bildirdiyinə görə, "dənizçilər"in çalışdırıcısı tez-tez Rus Pravoslav Kilsəsinə baş çəkir.
Oxucularımızın dediyinə görə, Diniyev demək olar hər həftə kilsəyə gəlir və şam yandırır:
"Biz onu burada çox görürük. İş yerimiz "28 May"da yerləşir.
Şahin Diniyev gah həftənin əvvəlində, gah də axırında kilsəyə gəlir. Onu tanıdığımızdan, bizə maraqlı gəlib, bir-iki dəfə arxasınca kilsəyə keçmşik ki, görək içəridə nə edir.
Heç nə, ikonanın qarşısında dayanır, şam yandırır. Deyəsən, kilsədə çalışanlar onu yaxşı tanıyır. (sportinfo.az)