Azərbaycanlı bankirin azyaşlı oğlu Türkiyədə vəfat etdi
Müalicə olunmaq üçün Türkiyəyə aparılan azyaşlı vəfat edib.
Qlobal.net Qafqazinfo-ya istinadən xəbər verir ki, leykozdan
əziyyət çəkən Eldar Əhmədov Türkiyədə dünyasını dəyişib. Onun nəşi
noyabrın 5-də Bakıya gətirilib və dəfn edilib.
Qeyd edək ki, mərhumun atası Paşa Əhmədov banklardan birində şöbə rəisi vəzifəsində çalışır.