İctimai Tv-də yayımlanan "Yeraltı" verilişində yaşanan olay yenidən gündəmə gəlib.
Layihənin aparıcısı Fidan Cəfərova daha bir sərnişinin hədəfi olub. Aparıcını görən oğlan "səni gördüm, əsəbi oldum deyərək etirazını bildirib.
Qarşılaşdığı reaksiyadan pərt olan aparıcı sərnişinin yanından uzaqlaşıb.
Xatırladaq ki, bir müddət öncə o, verilişin çəkilişi zamanı yaşlı qadın sərnişinin etirazı ilə qarşılaşmışdı.
Qeyd edək ki, Fidan Cəfərova aktrisa, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərovanın qızıdır.
Həmin anları təqdim edirik:
(milli.az)