Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı aktyor və video bloqer Şövqi Əhədovun toyu olub.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, Moskvada dəbdəbəli
restoranların birində baş tutan məclisdə bir sıra məşhurlar iştirak
ediblər.
Toyun aparıcılığı və idarəçiliyi "Tin uşaqları" qrupuna həvalə edilib.
Dəvətlilər arasında məşhur pop ulduz Jony (Cahid Hüseyn) həm rəqs edib
həm də çıxışı ilə qonaqları əyləndirib.
Şövqinin xoş günündə prodüser Anar Mədətov da yanında olub. Anar
məclisdən çəkdiyi görüntüləri və fotoları sosial şəbəkə hesabında
izləyiciləri ilə bölüşüb. Şövqi ilə lentə aldığı "selfi"sini yayımlayan
Mədətov bloqerə xoşbəxtlik arzu edib.
Qeyd edək ki, Ş. Əhədovun "Instagram" səhifəsinin 990 min izləyici kütləsi var.