64578221cacb7202305234905
Azərbaycanlı aktyor "Greencard" uddu: "Artıq məni bu ölkəyə bağlayan heç nə qalmadı"
Ötən gün ABŞ-da daimi yaşamaq, işləmək imkanı yaradan “Greencard” lotereyasının nəticələri açıqlanıb.

Tanınmış aktyor Səfa Mehdi də qalib gələnlər sırasında olub.

O şəxsi hesabında paylaşım edərək qalib gəldiyini elan edib və ABŞ-a gedəcəyini bildirib: “Greencard cavabları çıxdı. Bizə də yol görsəndi, əziz izləyicilər. Hər şey üçün təşəkkür edirəm, artıq bu ölkəyə məni bağlayacaq bir şey qalmadı. Əlvida, dostlar”, – deyə aktyor paylaşımında yazıb. 
 Sözügedən paylaşımı təqdim edirik:

(tribunainfo)

 

07.05.2023 14:48
show 5795