64381eab0533c202304232427

Azərbaycanlı aktrisa: "Qızlar ərimə yazırlar ki, boşanmısansa, gəl evlənək" - VİDEO

"Hər yay məni boşayıb, evləndirirdilər. Xəbərim olmadan kiminləsə münasibətimin olduğunu deyirdilər. Halbuki, cəmi bir dəfə ailə qurmuşam. Demirəm ki, bir neçə dəfə ailə qurmaq pis bir şeydir. Qətiyyən! Evli və övladım olduğu  halda haqqımda yalnış şaiələr yaymaq heç xoş deyil. Belə insanları dəfələrlə şikayət etmək istəmişəm".

Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aktrisa Cəmilə Tağızadə qonaq olduğu "Xəbər-ətər" verilişində deyib. 

Sənətçi bildirib ki, o, həkim həyat yoldaşından boşanmadığı halda, haqqında boşanma şaiələr yayaraq, onu gözdən salmağa çalışırlar: 

"Boşanmadığım halda məni boşayırlar. Fədakar bir insanam. İşimi-gücümü özüm qurmuşam. Bu səviyyəyə pillə-pillə gəlmişəm. Həyat yoldaşım da özü gəlib məni tapıb. Mən onu tapmamışam. Özü öz ayağı ilə Bakıya gəldi, məni gördü, bəyəndi, necə məni ələ aldısa, başımı bişirdi və mənimlə evləndi". 

C.Tağızadənin sözlərinə görə, bəzi xanımlar onun həyat yoldaşına sosial şəbəkədə yazaraq, onunla ailə qurmağa cəhd ediblər: 

"Həyat yoldaşım media insanı deyil. O, efirləri sevmir, sosial şəbəkələrdən uzaqdır. Bir açıqlama verim ki, bir müddət əvvəl həyat yoldaşıma bəzi xanımlar yazmışdırlar ki, əgər Cəmilə ilə boşanmısansa, mən sizinlə ailə həyatı quraram". 

Qeyd edək ki, Cəmilə Tağızadə 2017-ci ildə türk vətəndaşı həkim Murat Temizlə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Abdulla Cəsur adlı oğlan övladı var.  


 
13.04.2023 19:24
show 7117