65817f5ff15f2202312233247
Azərbaycanlı aktrisa Türkiyədə keçirilən tədbirə elə bir geyimdə gəldi ki... - FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “GQ Türkiye Men Of The Year” mükafat gecəsinə qatılıb.

Aktrisa tədbiri özünün “Instagram” hesabında da işıqlandırıb.

Nəsrin Cavadzadə “İlin adamları” mükafatının heç bir kateqoriyasında təmsil olunmasa da, geyimi ilə mətbuatın, tədbirin qonaqlarının və sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Qeyd edək ki, Nəsrin Cavadzadə dəfələrlə Türkiyədəki film festivallarında müxtəlif mükafatlara layiq görülüb. Buna misal olaraq “Qızıl Portağal” film festivalında “Quzu” filmində canlandırdığı Mədinə obrazını göstərmək olar. O bu filmdəki roluna görə Türkiyənin “Ən yaxşı aktrisa”sı adına layiq görülüb. (oxu.az)

19.12.2023 15:30
show 3865