Şou-biznes

Azərbaycanlı aktrisa filmdə öpüşdüyü kişi haqda danışdı: “Qorxurdum ki…”

Xəbər verdiyimiz kimi, rejissor Suada Qarayevanın “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalından çıxarılıb.

Axşam.az-ın məlumatına görə, filmdə Məhsəti obrazını canlandırmaq istyən aktrisa Fərqanə Abdulla öpüşmə səhnəsindən danışıb. Aktrisa onu tənqid edənlərə belə cavab verib:

“Suadla film haqqında danışanda ilk olaraq soruşmuşdum ki, film harada yayımlanacaq? Səhnəyə görə qorxurdum. Yeri gəlmişkən, filmdə öpüşdüyüm adam doğmaca ərimdir. Başınız xarab olmasın. Suada dedim ki, utanıram, atası, anası görər. Bunun görünməsini istəmirəm. Yəqin ki, ancaq xaricdə yayımlanacaq. Festivallarda göstəriləcək. Dedi ki, bu, festival filmidir. Sağ olsunlar. Azərbaycanda hamı gördü. Bunu tirajlayaraq təkrar-təkrar niyə verirsiniz?!

Bir şeyin fərqinə vardım ki, insan nədən qorxursa, onu yaşayır. Təəssüf ki, Azərbaycan kimi cəmiyyətdə sən nə edirsənsə et, səni anlamırlar, anlamayacaqlar da. Bu yəqin ki, ilk deyil, son da olmayacaq. Hələ ki məni çox meydanlara çıxardıb daşlayacaqlar. Əsəblərim 1 ilə ancaq özünə gələr. Yoxsa hər gün Azərbaycan gündəmində olmaq çoxdur.

Qəlbiniz nə qədər qara və daşdan olmalıdır ki, ağzınıza gələni yaza bilmək cəsarətində olasınız”.

Related Articles

Leave a Reply

Back to top button