Tanınmış aktyor Elvin Ağayev və həyat yoldaşı, aktrisa Elvina Atakişiyeva sosial şəbəkədə paylaşdıqları görüntülərlə gündəmə gəliblər.
Qlobal.net xəbər verir ki, Elvina Atakişiyeva həyat yoldaşına ad günü münasibətilə xüsusi sürpriz hazırlayıb. Cütlük yataq otaqlarında çəkilən videonu canlı yayım vasitəsilə izləyicilərlə bölüşüb.
Aktrisa həyat yoldaşına səmimi təbriklərini çatdıraraq ona hədiyyəsini təqdim edib. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər cütlüyün paylaşım üslubunu tənqid etsə də, onların səmimiyyətini təqdir edənlər də az olmayıb.
Qeyd edək ki, Elvin və Elvina sənət fəaliyyətləri ilə yanaşı, ifa etdikləri musiqilər və səhnə çıxışları ilə də sosial mediada fəal iştirak edirlər.
Müzakirələr yaradan həmin videonu təqdim edirik: