63d377c2bc1ea202301230538
Azərbaycanın İrandakı səfirliyinə silahlı HÜCUM - Ölən və yaralanan var (VİDEO)

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Qlobal.net xəbər verir ki, hücum zamanı 1 nəfər həlak olub.

***

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub". 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

 Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. 

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

27.01.2023 11:03
show 260