01.05.2021
23:44
283

Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır

Loading...

Qədim tarixi dövrlərdə olduğu kimi müasir dövrdə də Azərbaycan ərazisi çox əhəmiyyətli strateji-coğrafi mövqedə yerləşir. Azərbaycan ərazisindən dünya əhəmiyyətli ticarət yolları, neft və qaz kəməri keçir.  Ölkəmizin davamlı inkişafı region dövlətlərinin inkişafı üçün əsaslı zəmin yaradır. Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir.

Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Eyni zamanda Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsini təmin edəcək. 

İşğaldan azad olunmuş ərazilərimiz Lüksemburqdan dörd dəfə böyükdür. Bu ərazilərdə müasir layihələri  icra olunması və irimiqyaslı yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Erməni vandallarının tamamilə eybəcər hala saldığı 20 faiz ərazilərimiz ölkə rəhbərliyinin tapşırıqları və bir başa nəzarəti ilə cənnətə çevriləcək. Yenidənqurma işlərinin aparılması üçün xarici şirkətlər də Azərbaycan dəvət edilib. Qarşılıqlı əməkdaşlıq şəraitində xarici şirkətlər, xüsusilə də qardaş Türkiyə şirkətləri Qarabağda aparılan yenidənqurma işlərində aktiv iştirak edəcəklər. 


Anar Salehoğlu 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi

Loading...