Cəmiyyət

Azərbaycanın ilk “vor zakon”u – O, hansı səhvinə görə öldürülüb?

Belə bir məşhur deyim var, qanun işləyən yerdə kəs lotudur. Yəni bütün vətəndaşlar həyatlarını lotu kimi – problemsiz yaşaya bilir. Lotuluq, vorzakonluq isə qanunun zəif işlədiyi yerlərdə özünü göstərir. “Var v zakon” haqsızlıqlara göz yumulan məmləkətlərdə, dövlətə paralel yaranan bir sistemdir. Xülasə, bu, bir deyimdi.

Qlobal.net xəbər verir ki,Sovetdə və Azərbaycanda isə “lotuluq”, “vorzakonluq” sisteminin bir əsrdən də çox yaşı var. Sovet Azərbaycanında – Bakıda 1932-1935-ci illərdə artıq şəhərin kölgə hakimiyyəti qanuni oğruların əlinə keçmişdi.

Nəzərə alsaq ki, SSRİ-nin rəhbəri Stalin də Koba ləqəbi ilə bir kriminal keçmişi var, o üzdən ölkənin qaranlıq hissəsinin idarəçiliyində daim “vor zakon”lar da söz sahibi olub. Bakıda da bu sistem “lotu” adı ilə bundan daha əvvəl, 19-cu əsrin sonlarından mövcud olub. 1920-ci iyirminci illərin ortalarından isə Bakıda kriminal aləmin danılmaz lideri kimi Rəşid oğlu Məhərrəm qəbul edilirdi. O, ilk qanuni lotu kimi şəhərdəki vəziyyətə istər həbsxanada, istərsə də azadlıqda yalnız öz nüfuzu hesabına nəzarət edirdi.

Məlumdur ki, Rusiyada “Vor v zakone” kimi tanınan şəxslərə Azərbaycanda `lotu` deyirdilər. Bu da ondan irəli gəlirdi ki, bizim mentalitetimiz oğru sözünü qəbul eləyə bilmirdi.

Davamı videomaterialda:

Related Articles

Bir cavab yazın

Back to top button