photo_12586109

Azərbaycanın futbol millisi Braziliya ilə qarşılaşa bilər

UEFA Millətlər Liqasının formatı yenidən dəyişdirilə bilər.

Oxu.Az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin açıqlayıb.

Qitə futbol qurumunun rəhbəri digər qitə yığmalarının, xüsusən də Cənubi Amerika təmsilçilərinin bu yarışda iştirakını istisna etməyib: “Millətlər Liqasından əvvəl yığmalar çox oyun keçirə bilmirdilər. Avropanın böyük komandaları Braziliya, Argentina, Uruqvaya qarşı oynamağa ehtiyac duyurlar. Cənubi Amerika təmsilçiləri də Avropadakı millilərlə oynamaq istədiklərini deyirlər. Bu, yaxşı haldır. Ancaq yenə də formatın dəyişdirilməsi ilə bağlı danışmaq hələ tezdir”.

Qeyd edək ki, Millətlər Liqasında format dəyişikliyi baş tutarsa, Azərbaycan millisi də digər qitələrin komandaları ilə qarşılaşa bilər.

14.03.2022 11:17
show 393