63ebe0638549b202302232627

Azərbaycanın bu ərazilərində zəlzələ ola bilər - Bu xəbəri mütləq oxuyun - VİDEO

"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır".

Qlobal.net xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Xəzər TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisi seysmik cəhətdən aktiv zonadır və zəlzələ ocaqlarının sayı çoxdur.

Seysmoloq deyib ki, Bakıya yaxın olan ən güclü zəlzələ ocaqları Xəzər dənizində - Abşerondan cənubda 50-60 km aralıda yerləşir.

Bakıda zəlzələ baş verməsə də, Xəzər dənizində baş verən yeraltı təkanlar paytaxtda hiss edilə bilər.

Seysmoloq həmçinin qeyd edib ki, Türkiyədəki qırılma xətti Azərbaycandan keçmir. Ölkəmizdə zəlzələnin qırılma nöqtələri fərqlidir.

Qarabağ zonasında isə ən güclü zəlzələ ocağı Kəlbəcərdədir və bu ərazilərdə artıq seysmik stansiyaların quraşdırılmasına başlanıb. İlk belə stansiya Şuşanın yaxınlığında, Daşaltı kəndində qoyulacaq.


14.02.2023 23:23
show 814