64d3d719adfde202308231241

Azərbaycanın bu bölgələri üçün HƏYƏCAN TƏBİLİ – Ciddi təhlükə var

Yuxarı Qarabağ kanalında baş verən texniki problemlər nəticəsində yaranmış su daşmaları ətraf ərazilərdə ciddi fəsadlar meydana çıxarıb. Bir çox mütəxəsislər bu kanalda baş verə biləcək hər hansısa ciddi nasazlığın ətrafda yerləşən 11 rayonu təhlükə altında qoya biləcəyini bildirir. 

Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı AMEA-nın Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a danışıb. 

"Yuxarı Qarabağ kanalında baş verən daşma kanalın artıq istifadəyə yararsız olması ilə bağlıdır. Azərbaycanın suvarma sistemlərinin infrastrukturu olduqca bərbad vəziyyətdədir. Buna əsas səbəb isə kanalların köhnəlməsidir. Bu vəziyyət təkcə Yuxarı Qarabağ kanalında deyil, bir çox suvarma kanallarında da özünü göstərir. Belə hallar əkinəyararlı torpaqlarda quraqlığın başlamasına və su ehtiyatlarımızın boş-boşuna israf edilməsinə gətirib çıxarır. Bəzən isə kanalların bəndi dağılaraq ətraf ərazilərdə su basmaları ilə nəticələnir. Düşünürəm ki, Azərbaycanda su təsərrüfat sistemlərinin yenidən qurulması ilə bağlı ciddi addımlar atılmalı və dövlət proqramları hazırlanmalıdır. Məsələn beton bəndlərlə salınmış açıq kanallar yerinə plastik borularla çəkilmiş xəttlərin olması suyun çirklənməsinin və isti havalarda buxarlanmasının qarşısını alar".

09.08.2023 22:12
show 872