Maraqlı

Azərbaycanın baş naziri və Nərimanovun duelinə səbəb olan qadın – O, kimi seçdi?

Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli 1902-ci ildə Tatar İctimai xadimi İsmayıl Qaspıralının qızı Şəfiqə ilə tanış olur.

Qlobal.net bildirir ki, həmin vaxt Nəsib bəyin uşaqlıq dostu Nəriman Nərimanov da Şəfiqəyə evlilik təklifi edir. Bundan sonra Nəriman Nərimanov Nəsib bəy Yusifbəylini sevdiyi xanıma görə duelə çağırır. Duel baş tutur. Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir. Nəsib bəy Yusifbəyli sıra ona çatanda, silahını ataraq deyir: “Mən əlimi azərbaycanlı qanına batırmaram!”

Dueldən xəbər tutan Şəfiqə xanım Nəsib bəyi seçir. 1906-cı ildə Yusifbəyli və Şəfiqə xanım ailə qururlar və bu evlilikdən onların iki övladı olur. Amma bir müddət sonra Nəsib bəy Gəncədə tanış olduğu Eynulhəyat Baişeva ilə imam nikahında yaşamağa başlayır. Bu qadın Nəsib bəyin həyat yoldaşının rəfiqəsi idi. Bundan xəbər tutan Şəfiqə Qaspıralı xəyanəti bağışlamır və Nəsib bəydən boşanır. Nəsib bəy hərəkətlərindən peşman olsa da, Şəfiqə xanım onu bağışlamır. Nəsib bəy Eynulhəyat xanımla da münasibətə son qoyur.

Tarixçi Zaur Əliyev bildirib ki, Nəsib bəylə Nərimanov arasında münasibətlərin kəskin olmasının səbəbi pedaqoq və siyasətçi İsmayıl Qaspıralının qızı Şəfiqə xanım üstündə olub.
“Nərimanov bu hadisədən sonra Nəsib bəyə və Şəfiqə xanıma qarşı kin bəsləyir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Nəsib bəyin qətl edilməsi yenidən Şəfiqə xanımı Azərbaycandan didərgin salır. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxararaq küçəyə atır. Bəzi tarixçilər yazır ki, guya Nəriman Nərimanov ona kömək edib Türkiyəyə köçməsinə yardım edir və ona aylıq pul göndərir. Bu, yalandır! Şəfiqə xanımın evdən atılması əmrini elə Nərimanov özü təşkil edir. Ona “yox” deyən qadını bağışlamaq istəmir. Şəfiqə xanımı bu çətin günlərdən, bəlkə də gələcəkdə repressiyalardan Bakıdakı TBMM təmsilçisi Memduh Şevket Esendal xilas edib. Məhz onun səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə aparılır. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır.

Şəfiqə xanım 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə gözlərini əbədi yumur”.
Şəfiqə Qaspıralı - Uşaq Bilik Portalı
Şəfiqə Qaspıralı — Vikipediya

Related Articles

Leave a Reply

Back to top button