Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb – VİDEO

Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb – VİDEO

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Qlobal.net yazır ki, bu barədə Bakupost.az -a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya – Eritreya istiqamətinə yönəldiyi bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirdi ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırlır.

Related Articles

Bir cavab yazın

Back to top button