Azərbaycanəsilli aparıcı bu ölkəyə səfir TƏYİN OLUNACAQ – FOTO

Azərbaycanəsilli rusiyalı teleaparıcı, NTV telekanalının ulduzu İradə Zeynalova Rusiyanın Mavrikiydəki səfiri ola bilər.

Qlobal.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Brief” öz mənbələrinə istinadən yazıb. 

Nəşr xatırladıb ki, Zeynalova 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirəcək. 

Teleaparıcı NTV-də “Həftənin nəticələri” verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir. 

Bundan əvvəl o, Birinci Kanalda “Vremya” proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstərib. 

2021-ci ildə Zeynalova “təbliğat fəaliyyətinə” görə Ukraynanın sanksiya siyahısına daxil edilib. 

Qeyd edək ki, Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.

1717232947 1501434 Azərbaycanəsilli aparıcı bu ölkəyə səfir TƏYİN OLUNACAQ - FOTO1717232914 1501434 0 Azərbaycanəsilli aparıcı bu ölkəyə səfir TƏYİN OLUNACAQ - FOTO

Related Articles

Bir cavab yazın

Back to top button