zəlzələ

Azərbaycanda zəlzələ oldu

İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.

Qlobal.net xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.


26.11.2024 22:38
show 240