yumurta
Azərbaycanda yumurta BAHALAŞDI - FOTO

Azərbaycanda kənd yumurtasının qiyməti artıb. 

Bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub. 

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib. 

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.  

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir: “Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.

 

16.11.2022 19:57
show 1315