Azərbaycanda yüksək vəzifəli şəxs hoteldə öldü
Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.
Oğuz şəhərində yerləşən "Səma” hotelində qonaq olan 1966-cı il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu orada vəfat edib.
Belə ki, S.Quliyev dünən Oğuzda dostunun qızının toyunda iştirak
edib və daha sonra gecələmək üçün hotelə gedib. Bir qədər sonra o, özünü
pis hiss etdiyindən Təcili Tibbi Yardıma müraciət edilib. Tibbi yardım
göstərildikdən sonra Sübhan Quliyev otağında yuxuya gedib. Bu gün səhər
isə onun dünyasını dəyişdiyi məlum olub.
"Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, Sübhan Quliyev
əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan
sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin
müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət
çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.