Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qlobal.net-in məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəqliyyat vasitəsində olan şəxslər - “Azərişıq” ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. (Unikal)