Ancaq bir neçə gün
sonra İradə babasının telefonu ilə zəng edərək məndən ötrü hər gün
ağladığını, nömrəsini blokdan çıxarmağımı xahiş etdi.Nömrəsini
blokdan çıxardıqdan sonra İradə yenidən anasına məxsus mobil nömrə ilə
mənə zəng etməyə başladı. Yenidən İradə ilə danışıb, yazışmağa
başladıq”.
Təqsirləndirilən
şəxs bildirib ki, 2022-ci il noyabrın 8-də ad günü olduğu üçün İradə
ona ətir hədiyyəsi alıb: “Biz yenə əvvəlki kimi danışmağa başladıq.
Həmin günü İradənin hədiyyə aldığı ətiri verdikdən sonra biz 5-10 dəqiqə
Göyçay şəhəri ərazisində “Təzə məscid” adlanan yerlə üzbəüz olan
parkdakı oturacaqların birində əyləşərək söhbət etdik. O zamanlar İradə
Göyçay şəhərinə tibb hazırlıq kursuna öyrənmək üçün gəldiyindən rahat
görüşə bilirdik.
Ad günüm olduğu üçün İradədən
ayrıldım və öz evimizə getdim. Bir neçə gün sonra, 2022-ci ilin noyabrın
dəqiq yadımda qalmayan günü, günorta saatlarında İradə zəng edərək
hazırlıq vaxtı qurtardığı üçün kursdan çıxdığını, onu götürməyimi
bildirdi. Öz maşınımla İradənin hazırlığa getdiyi kursun yanına
yollandım. Birlikdə bir qədər Göyçay şəhəri ərazisində avtomobildə
gəzdik.İradə arxa oturacaqda əyləşmişdi. Bir qədər
gəzdikdən sonra avtomobili yol kənarında, dəqiq yadımda qalmayan yerdə
saxladım. Öz oturacağımın söykənəcəyini arxaya doğru çəkdim və arxa
oturacaqda əyləşən İradəyə bir qədər yaxın oldum. Bir-iki dəqiqə
öpüşdükdən sonra İradə yoldan keçən şəxslərin bizi görə biləcəyini dedi,
daha gizlin yerə getməyi təklif etdi.Göyçay
şəhəri ərazisində “RTS” adlanan yerə, köhnə “Qurd fabriki” adlanan yerin
qarşısına gəldik. Avtomobildən düşərək arxa oturacağa, İradənin yanına
keçdim. Daha çox ehtiraslı olduğum üçün İradənin əynindəki paltarlarını
çıxardım. Sonra ehtiraslı hərəkətlər etdik. Bundan sonra paltarlarımızı
geyindik. İradəni Göyçay şəhəri ərazisində “Xəritənin arxası” deyilən
yerdə düşürdüm”.
“Cinsi əlaqədə olduq”
Sənanın
ifadəsinə görə, həmin vaxtdan bir neçə gün sonra, 2022-ci ilin
noyabrında İradə ilə telefonda danışıb, hazırlıq üçün Göyçay şəhərinə
gəldikdən sonra onu “AccessBank”ın yanından avtomobilinə götürüb: “Biz
yenə də ilk görüşdüyümüz yerə, yəni “RTS” adlanan ara yola getdik. Orada
yenə bir qədər sevişdik, sonra cinsi əlaqədə olduq. İradəni Göyçay
şəhəri ərazisində düşürdüm”.Təqsirləndirilən şəxs
deyib ki, 2022-ci ilin dekabr ayı ərzində, yadında qalmayan tarixdə 1
dəfə İradə ilə Ulaşlı-Şıxlı kəndi ərazisində, “çayın başı” adlanan yerdə
avtomobilin arxa oturacağında cinsi əlaqədə olublar: “Həmin vaxt dostum
Həsən də mənimlə getmişdi. Ancaq İradə ilə avtomobildə görüşən zaman
Həsən avtomobildən yerə düşüb və kənarda dayanıb.2023-cü
il yanvarın 11-də, axşam saatlarında İradə ilə əvvəlcədən telefonda
danışdıqdan sonra onunla görüşmək qərarına gəldim. Gecəyarısı özüm tək
İradəgilin kəndinə gedərək evlərinin qarşısından onu avtomobilimə
götürdüm. Kənddəki “çayın başı” adlanan əraziyə getdik. Orada
avtomobilinin arxa oturacağından İradə ilə hər ikimizin razılığı ilə həm
təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olduq”.
Təqsirləndirilən
şəxs deyib ki, sonuncu dəfə İradə zəng edib və onu görmək istədiyini
bildirib: “İradə ilə telefonda danışan zaman dostum Vüqar da
avtomobilimdə idi. Ondan İradəgilin kəndinə birgə getməyimizi xahiş
etdim. Maşınımı İradəgilin yaşadığı evin qarşısında saxladım.İradə
arxa qapını açaraq avtomobilə əyləşdi. Maşına mindikdən sonra kənardan
kiminsə onu gördüyünü dedi. Əsəbiləşib bildirdim ki, əgər səni kimsə
gördüsə, nə üçün avtomobilə mindin?Avtomobili
İradəgilin kəndindəki “çayın başı” adlanan yerə tərəf sürdüm. Orada
dostum Vüqar maşından düşərək kənara getdi. İradədən mənə nə deyəcəyini
soruşdum. Vüqar dərhal geri qayıdaraq kənardan bizə tərəf fanar işığı
ilə kiminsə gəldiyini dedi.
Avtomobili geriyə
döndərərək qayıdan zaman qarşımızı 3-4 nəfər kəsdi və maşını saxlamağı
işarə etdilər. Ancaq qorxduğumdan maşını saxlamadan həmin şəxslərin
yanından sürüb getdim. Onlar avtomobilin alın şüşəsinə daş və ağacla
vuraraq sındırdılar.
İradəni qapılarında düşürüb
getdim. Sonra İradə və valideynlərinin barəmdə polisə şikayət etmələrini
öyrəndim. Məni rayon polis şöbəsinə dəvət etdilər.İradə
ilə cinsi əlaqədə olmaq üçün zor tətbiq etməmişəm, ona qarşı zorakılıq
yolu ilə heç bir seksual xarakterli və ya əxlaqsız hərəkətlər
eləməmişəm. Onunla öz istəyi ilə cinsi əlaqədə olmuşam. İradəni
əvvəlcədən sevmişəm, gələcəkdə ailə quracağımızı da düşünmüşəm”.
Təqsirləndirilən
şəxs qeyd edib ki, İradənin güya onu fotoşəkillərlə hədələməsi,
qorxudaraq zor tətbiq etməklə onunla cinsi əlaqədə olması uydurmadır:
“İradə və ailəsi ilə barışmağa cəhd etmişəm. Lakin barışıq təklifimi
qəbul etməyiblər. Əməlimdən peşmanam”.
“Sevgili kimi yaxın münasibətimiz yarandı”
İş
üzrə zərərçəkmiş İradənin sözlərinə görə, Sənanı 2021-ci ilin
noyabrından tanıyır: “Atam həyətimizdə olan satlıq xurmanı yeşiklərə
yığdırmaq üçün özü ilə bir neçə fəhlə gətirdi. Fəhlələrdən biri olan
Sənan həyətimizdə xurma yığan zaman məni söhbətə tutdu, məndən xoşu
gəldiyini dedi. Xurma yığıb gedəndə mobil telefon nömrəsini mənə verdi,
əlaqə saxlamağımı istədi.Mobil telefonum olmadığı
üçün anamın mobil nömrəsi ilə Sənana vatsapda mesaj yazdım. Biz ilkin
olaraq yazışan zaman bir-birimizə ad, yaşlarımızı soruşduq. Sənana 14
yaşım tamamlandığını, Sənan isə ona 21 yaşı olduğunu dedi.
Bir
neçə dəfə anamın telefonu ilə gizlincə Sənanla yazışdıq, ara-sıra da
telefonda danışdıq. Bir neçə ay Sənanla danışdıqdan sonra artıq aramızda
sevgili kimi yaxın münasibət yarandı. Hətta 9-cu sinifin buraxılış
imtahanına hazırlaşmaq üçün Göyçay şəhərinə müəllim yanına
gedib-gələrkən Sənan yanımda piyada birlikdə gedib-gəlib, söhbət
etmişik. Sənan hər dəfə aramızdakı münasibətin tam ciddi olmaqla yanaşı,
gələcəkdə ailə qurmağı düşündüyünü dedi. Sənana tam inandım”.
“Məni intim fotolarımla şantaj etdi”
İradə
qeyd edib ki, təxminən 2022-ci ilin noyabrında Sənan özünə “VAZ2 106”
markalı avtomobil alıb: “Həmin vaxtlar ilkin tibbi yardım üçün tibb
bacısı peşəsini öyrənmək məqsədilə Göyçay şəhərinə həkimin keçdiyi kursa
gəlirdim. Sənanın ad günü olduğu üçün ona ətir hədiyyəsi aldım. Bir
neçə gün sonra Göyçay şəhərinə kursa gedən zaman məni qarşıladı, onun
təzə aldığı maşına oturtdum.Maşını şəhər içində
müxtəlif istiqamətlərə sürdükdən sonra kənar bir yerdə saxladı. Arxa
oturacaqda yanıma keçdi. İkimiz öpüşəndə çəkib mobil telefonunda
saxladığı şəkili göstərərək atama, yaxınlarıma göndərəcəyini bildirdi.
Mənə şillə vuraraq cinsi əlaqədə olmasam şəkilləri atama göndərəcəyi ilə
hədələdi. Qorxduğumdan onunla cinsi əlaqədə oldum. 4 dəfə müxtəlif
vaxtlarda eyni formada məni qorxudaraq cinsi əlaqədə olub”.
Bu
cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə
Sənan 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi
rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.Hökmdən
narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya
şikayəti verilib. Nümayəndə bildirib ki, ibtidai istintaq tərəfindən
təqsirləndirilən şəxsin əməli düzgün tövsüf olunmayıb. O deyib ki,
təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı elədiyi əməl Cinayət
Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün ittiham verilməyib.Nümayəndə
qeyd edib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəllənin 149.2.3-cü
(təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı
zorlama) maddəsi ilə ittiham verilməli idi.
Nümyəndə
Göyçay Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, rəqsirləndirilən
şəxsin əməlinin Cinayət Məcəlləsinin 152.1-ci maddəsindən həmin
məcəllənin 149.2.3-cü maddəsinə tövsif edilməsi üçün cinayət işinin
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora
qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edib.
Zərərçəkmiş
tərəfin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə
göndərilib. Apellyasiya şikayətini araşdıran hakim heyəti qərar elan
edib. Şikayət təmin olunmayıb.