63626dfee227f202211221750
Azərbaycanda YENİ TƏLƏ - Yüzlərlə adamı aldatdılar - ŞOK FAKTLAR

Azərbaycanda yüzlərlə şəxsi "Yardımlaşma kampaniyası" adı altında aldadan dəstə peyda olub. 

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə ona yaxın şikayət gəlib.

İddialara görə, Tənzilə Kərimova adlı qadın əməlini vatsap qrupları vasitəsilə həyata keçirir.  

"Məndə olan məlumata görə, belə qrupların sayı isə 11-dir. Qoşulduğum qrupun adı "Lotoreya 4"dür. Qrupun 3 nəfər admini var. 3 aydır qrupa qoşulmuşam. Amma deyilənə görə, 7 aydır fəaliyyət göstərir. Məni də tanışım dəvət etdi. Dedi ki, belə bir qrup var, 100 manat pul qoyursansa, ayın axırı 500 manat götürürsən. Yəni, qoyduğun pul 3, 5 hətta bəzən 8 qat artaraq özünə qaytarılır. 

Şikayətçi 3 ay ərzində qrup adminlərinin bank hesablarına 2980 manat pul göndərdiyini bildirir. Onun sözlərinə görə, tanıdığı başqa şəxsər də var ki, Tənzilə adlı qadına inanaraq verdikləri 23 min, 110 min, hətta 200-300 min manata qədər pullarını geri ala bilmirlər:

"Qrupda belə söhbət gedir ki, guya Tənzilə ümumilikdə 5-6 milyona qədər pul mənimsəyib. Elə təkcə mənim tanıdığım qızlardan 300 min manat pul alıb. Bizim vatsap qrupumuza gün ərzində 10 min manata qədər vəsait gəlirdi. Bəs bu qədər pul hara getdi? Lotoreya adı ilə ölkənin hər yerindən adamlar aldadılıb, aralarında həkimlər, qazilər də var".

Zərərçəkən xanım onu da vurğulayır ki, bir neçə nəfərlə birgə bu barədə efirlərin birinə müraciət ediblər. Daha sonra Tənzilə adlı qadın özü efirə çıxaraq açıqlama da verib:

"Tənzilə efirdə dedi ki, "məni heç yerə dəvət etməyiblər". Halbuki biz həmin qadını Daxili İşlər Nazirliyinə, ərazi polislərinə şikayət etmişik. Bu açıqlamadan sonra yenə şikayətlə müraciət edəndə isə, bizə deyildi ki, "Tənzilə südverən ana olduğuna görə həbs edilməyib. Deyib ki, pulu qaytaracaq". Ancaq bu günə qədər o qadın heç bir qrupa bir kəlmə belə yazmayıb ki, 3-5 aya pulunuzu qaytaracam".

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, dələduzluq halı ilə bağlı müraciətləri var. Müvafiq araşdırmalar gedir.



02.11.2022 17:17
show 2634