01.10.2021
16:28
285

Azərbaycanda yeni polis rəisi məhkəməyə verildi

Loading...

Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis kapitanı Vəlimətov Bədirşah Şakir oğlunun məhkəmə prosesi keçiriləcək.

Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi - Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) ilə təqsirli bilinir.

İşə Xaçmaz Rayon Məhkəməsində hakim Xıdır Quliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən xətanı törədən şəxslər nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla cəzalandırılır.

Xatırladaq ki, B.Vəlimətov hazırki vəzifəsinə bir neçə gün öncə təyinat alıb./Unikal.org


Loading...