65ca7f5262ea3202402242802
Azərbaycanda yeni çəkilən film qalmaqal yaratdı - VİDEO

Aktyor Hikmət Rəhimovun rejissor və ssenari müəllifi olduğu yeni filmi “Apatiya”dakı açıq-saçıq səhnələr gündəm olub.

Qlobal.net xəbər verir ki, aktyor bu barədə Olay.az-a açıqlama verib.

Sənətçi müzakirə yaradan açıq səhnə və film haqda bunu söyləyib:

“Mən fikirlərin birmənalı olmamasına hazıram. Çünki müəyyən açıq səhnələr var. Cəmiyyət olaraq buna hazırıqmı? Bilmirəm. Amma dünya təcrübəsində bundan da artıq mövzuları filmə gətiriblər. Səhnəni açıq səhnə xatirinə çəkməyin də adı yoxdur. Gərək məntiqlə üst-üstə düşsün. Bu gün izləyəcəyiniz səhnələr sizi narahat etməyəcək. Deyə bilərsiniz ki, bunu niyə göstərirsiniz? Amma içinizdə fikirləşəcəksiniz ki, burada heç nə yoxdur. Zatən bunu hamı edir”.

Açıq səhnəni canlandıranlardan biri, aktyor Tural Baxış isə fikirlərini belə ifadə edib:

“İlk dəfə səhnələri öyrənəndə, azərbaycanlıyıq da, bir az çəkindim. Dedim, Hikmət, mən bunu oynaya bilməyəcəm, mənə uzaq personajdır. Sonra fikirləşdim ki, niyə də olmasın? Onsuz da zamanla çəkiləcək, elə yavaş-yavaş başlayaq”.

13.02.2024 08:00
show 799