Azərbaycanda yayılan qızılca ilə bağlı XƏBƏRDARLIQ - Ən çox bu şəxslər yoluxur - VİDEO
Ölkə ərazisində qızılcaya yoluxma halları
müşahidə edilir. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı
uşaqlar arasında üstünlük təşkil edir.Bununla bağlı
TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər
və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva
açıqlama verib. Bildirilib ki, xəstəlikdən əsas qorunma üsulu
peyvəndlənmədir.
TƏBİB rəsmisi bildirib ki, ölkə ərazisində
qızılcayla bağlı müraciət edənlərin sayı nəzarət altındadır, kritik
həddi keçməyib. Hazırda qızılcaya yoluxanlar arasında məktəb və bağçada
oxuyanlar üstünlük təşkil edir.
Bildirildi ki, hər iki doza peüyvənd almış və ya xəstəliyi keçirmiş şəxslərin yenidən vaksin olunmasına ehtiyac yoxdur.
Qeyd edək ki, qızılca xəstəliyinə qarşı peyvənd
uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Hazırda ölkəmizdə
bütün ailə sağlamlıq mərkəzlərində bu peyvənd mövcuddur və ödənişsizdir.