64d5b703407f9202308232019
Azərbaycanda “Whatsapp” işlədənlərə XƏBƏRDARLIQ - Dövlət xidməti məlumat yaydı

"Whatsapp" tətbiqi vasitəsilə vətəndaşlara iş tapmağı və 10 azn bonus qazanmağı vəd edən mesajlar göndərilir.

Qlobal.net Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, vətəndaşlara belə vədlərə etimad etməməyi, bu kimi mesajların tərkibindəki qeyd olunan veb ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir. 

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. 

"WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

11.08.2023 08:19
show 2799