Azərbaycanda vəzifəli şəxs xəstə ilə cinsi münasibətdə oldu
Ağsuda qadın vəzifəli şəxs tərəfindən cinsi istismara məruz qalıb.
Qlobal.net Lent.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə
yayılan məlumata görə, rayon ərazisində bir qadın naməlum şəxs
tərəfindən döyülüb. Xəsarətin dərəcəsi müəyyənləşdirilməkdən ötrü qadın
məhkəmə-tibbi ekspertiza patoloji anatomiya birliyinin rayon şöbəsinə
göndərilib. Burada o, xəsarətinin daha ağır göstərilməsini istəyib. Bu
istək isə cinsi münasibət qarşılığında yerinə yetirilib.
Belə ki, iddialara görə, şöbənin eksperti Z.Hüseynov 27 yaşı olan
bu qadına istəyi qarşılığında cinsi münasibət təklif edib. Həmçinin
əvəzində təkcə xəsarətin ağır olması deyil, onu həm də şöbəyə işə
düzəltmək vədi verib. Beləliklə, ekspert qadınla elə kabinetdə cinsi
münasibətdə olub.
Məsələ ilə bağlı qadın polisə şikayət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan bildirilib ki, qadın tərəfindən Ağsu rayon Polis Şöbəsinə
müraciət edilib. Hazırda iddialarla bağlı istintaq araşdırmaları
aparılır.