photo_22503782
Azərbaycanda unun qiyməti bahalaşacaq - Sentyabrdan ... - VİDEO

Ukraynada baş verən müharibə və quraqlıq səbəbindən unun qiymətində müəyyən bahalaşmalar gözlənilir. Bunu yaxın günlərdə piştaxtalarda da hiss edəcəyik. Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov bildirib. O qeyd edib ki, yerli istehsal tələbatı tam təmin etmədiyindən gələcək aylar üçün qiymət fərqi gözəçarpan olacaq.

Gələcək aylarda unun qiymətində müəyyən bahalaşmalar gözlənilir.

İqtisadçı ekspert Asif İbrahimov deyir ki, dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında baş verən müharibə bu məhsulun qiymətinə ciddi təsir edir. Azərbaycan daxili tələbatını tam təmin edə bilmədiyindən taxıla olan tələbatımızı xaricdən tədarük edirik.

Ekspert bildirib ki, Ukrayna məhsulunu dənizə çıxara bilmədiyindən quru yol ilə daşımağa məcbur olur. Bu da əlavə xərclər yaradır ki, həmin xərclər də məhsulun maya dəyərinə təsir edir.

Qeyd edək ki, Azərbaycanda taxıl və un məhsullarının qiymətində kəskin bahalaşmanın qarşısının alınması üçün müvafiq tədbirləri həyata keçirir. İdxaldan asılı olduğumuz üçün dünya bazarında qiymətlər bizim bazara da təsir edir.

08.08.2022 08:53
show 274