657053b0e35b3202312235752
Azərbaycanda tragikomik HADİSƏ: 4 yaşlı uşağı görün nə dişlədi (VİDEO)

Yevlaxda 4 yaşlı uşağı siçan dişləyib.

Hadisə rayonun Hürüaşağı kəndində qeydə alınıb.

Kənd sakini, uşağın valideyni Nuranə Şabanova iddia edib ki, gecə saatlarında uşaq ağlayaraq yuxudan oyanıb. Daha sonra ana övladının burnunun yaralandığını görüb.

Kənd sakini bildirib ki, yaşadıqları ev köhnə olduğundan orada siçovullar çoxdur. Hətta onun 7 yaşlı qız övladına da zərər yetirib. Zərərvericilərdən qorunmaq üçün onlar mənzilin müxtəlif yerlərinə xüsusi vasitələr qoyaraq siçanları məhv etməyə çalışırlar.

Məsələ ilə bağlı  Yevlax rayon Gigiyena və Epidemologiya Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, siçan dişləməsi ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Kənd sakini vəziyyət ilə bağlı aidiyyəti üzrə müraciət etməlidir və ziyanvericilərə qarşı tədbirlər görülməlidir.




06.12.2023 14:57
show 392