döydü
Azərbaycanda toyda döyülən müğənni görün kimdir?

Kürdəmirdə döyülən müğənninin kimliyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin müğənni Nurlan Əliyevdir.

Onun rayon ərazisində müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.

***
Kürdəmirdə toyda insident yaşanıb.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, hadisə oktyabrın 12-i saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində qeydə alınıb. 2 nəfər xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döyüb.

Bu barədə Kürdəmir rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

14.10.2022 12:33
show 312