toy
Azərbaycanda toy yasa döndü

Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.

Qlobal.net report.az-a istinadən xəbər verir ki, hadisə şadlıq saraylarının birində qeydə alınıb.

Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

29.06.2024 22:47
show 1227