toy
Azərbaycanda toy yasa çevrildi: 5 nəfər öldü - FOTO/VİDEO

Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: "Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

***

"Report" yazır ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında yaralanan daha bir sərnişin ölüb. Məlumata görə, ölən şəxslər Cəlilabaddan Ağcabədiyə toya gedirmişlər. Ölənlərdən biri avtomobilin sürücüsü Pərviz Hüseynovdur.

***

Biləsuvarda toy karvanında ağır yol qəzası olub.

Hadisə Biləsuvar rayonu ərazisində baş verib. "Lada-012"markalı minik avtomobil, "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən minik avtomobili Ağcabədidən Cəlilabada gəlin gətirən toy karvanının tərkibində olub.

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

Qlobal.net AZƏRTAC-a istinadən bildirir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

24.09.2024 16:42
show 113