imtahan
Azərbaycanda test imtahanları ləğv edilir? - DİM-dən AÇIQLAMA

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Qlobal.net xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə “qafqazinfo”ya bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu, 2017-ci ildə verilən bir müsahibədir burada söhbət 2019-cu ilin qəbul modelindən gedirdi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, guya test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı”.

Qeyd edək ki, ölkənin bəzi xəbər saytları Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin 2017-ci ildə "ASAN Radio"ya verdiyi müsahibədən çıxarışlar edərək, test imtahanlarının guya ləğv edilməsi haqda məlumat yayıblar.

17.08.2024 06:14
show 277