Gəncədə tələbələr dəm qazından zəhərlənib.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb.
Həmin ünvanda kirayə yaşayan 20 yaşlı Məcidova Samirə Zamir qızı və 19 yaşlı Nərimanova Nigar Maarif qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşidirilib.
Vəziyyətlərinin orta-ağır olduğu bildirilib.
İlkin məlumata görə, gənclərin hər ikisi tələbədir.