Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb.
Qlobal.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis
mayoru Elşad Hacıyev öz şəxsi " Facebook" səhifəsində məlumat verib.
O, bildirib ki, müğənni səhvini etiraf edib.
"Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu
(Hüseynli) polis tərəfindən saxlanılıb. O, etdiyi səhvi səmimi etiraf
edib və təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən
silib.
Onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmaqla
yanaşı, narkotik aludəçiliyi nəzərə alınaraq məhkəmənin qərarı ilə
məcburi müalicəyə göndərilib".