Azərbaycan rusdilli jurnalistikasının parlaq imzalarından biri, görkəmli publisist, yazıçı Lev Əsgərov 81 yaşına dünyasını dəyişib.
Qlobal.net Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Eynulla Fətullayev məlumat yayıb.
Lev Əsgərov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan Lev Əsgərov SSRİ Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olub. Onun yazıları "Sovetskiy voin" jurnalında, "Za rodinu", "Bakinskiy raboçiy", "Trud" qəzetlərində dərc edilib. O, Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini, Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi, Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru olub, haqqin.az saytında işləyib. Lev Əsgərovun çox sayda kitabı nəşr olunub.