Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO

Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim Damət Kərimli vəfat edib. 

Qlobal.net xəbər verir ki, bu barədə Bakupost.az -a mərhumun yaxınları məlumat verib. 

Bildiriblər ki, D.Kərimli uzun sürən onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib. 

Qeyd edək ki, Damət Kərimli 1952-ci il mayın 8-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Yardımlı rayon Sanitar Epidemiologiya Stansiyasında qida həkimi kimi başlayıb, sonra infeksionist-həkim işləyib. 1998-ci ildən isə X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışıb. D.Kərimli bədii yaradıcılıqla da məşğul olub, daha çox lirik, satirik şerlər, qəzəllər yazıb, bir neçə kitabın müəllifidir. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

 

Related Articles

Bir cavab yazın

Back to top button