Aparıcı Samir Bayramlı ilk dəfə şəxsi həyatı barədə suala aydın cavab verib.
Qlobal.net titul.az-a istinadla xəbər verir ki, DTV telekanalının məşhur siması həyat yoldaşından çoxdan ayrıldığını bildirib.
"Mənim ailəli olub-olmadığımı soruşan izləyicilərə demək istəyirəm ki, 4-5 il ailəli olmuşam. Ayrılmışam, ayrılmağıma müəyyən səbəblər olub.
Yəni elə bir səbəb olub ki, artıq geridönüşü olmayıb. Elə o səbəbdən mən ailəmi dağıtmışam", - deyə o qeyd edib.