6517b32b8a8f1202309233331
Azərbaycanda ŞOK OLAY: Evin zirzəmisindən görün nə tapdılar - FOTO

Zaqatala şəhəri, İmam Şamil küçəsində yerləşən evlərdən birinin zirzəmisində nəhəng küplər tapılıb.   

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, Aqşin Osmanov köhnə evini sökərkən zirzəmidə qədim və nəhəng küplər aşkar edib. 

Küplər çox nəhəng olduğu üçün qaldırıcı kranla belə onları çıxarmaq mümkün olmayıb. Bu zaman küplərdən biri qırılıb. Digəri isə salamatdır. 

Küplərin nə zaman və hansı məqsədlə ora basdırıldığı məlum deyil. 

30.09.2023 09:33
show 1702