64d1fc2f5905e202308232623
Azərbaycanda şok hadisə: Kişi qazdığı qəbirə düşüb öldü

Ağsu rayonunda başqasına qəbir qazan kişi qazdığı qəbirə yıxılaraq ölüb.

Qlobal.net Lent.az-a istinadən məlumat verir ki, hadisə ötən gün baş verib.

Ağsu rayonunda yerləşən məzarlıqda qəbirqazan işləyən 54 yaşlı Səməndər Oktay oğlu Şirəliyev qazdığı məzara yıxılaraq ölüb.

İlkin məlumata görə, S.Şirəliyev ürək tutmasından dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

08.08.2023 12:25
show 471