644bb1e105f77202304234537
Azərbaycanda ŞOK HADİSƏ - 47 yaşlı evli kişidən hamilə olan 16 yaşlı qız: "Kəbinimiz var" (VİDEO)
“Səni axtarıram” ictimai-sosial verilişində daha bir şok hadisə yaşanıb.

Sözügedən proqramda 16 yaşlı Aysu adlı bir qızın 47 yaşlı ailəli Şirzad adlı kişidən hamilə qaldığı üzə çıxıb.
Həmin qız verilişin canlı efirinə zəng edərək məsələyə qısa olaraq bu cür münasibət bildirib: “Rusiyada hüquqşünaslıq üzrə ali təhsil alıram. Bizim kəbinimiz var. Mənim atamın 41 yaşı var, amma kəbinli ərimin 47 yaşı var”.
Bundan sonra isə Aysu telefon dəstəyini kəbinli həyat yoldaşı Şirzada verib. O, isə 16 yaşlı qızla ailə qurmasını Allahın yazısı kimi qələmə verib.
“Bu, namus məsələsidir. Siz mənim həyat yoldaşıma sual verdiniz ki, niyə mən onu atmışam? Mən heç kimə qoşulub qaçmamışam. Dörd il bir şirkətdə işləyirdim, əla maaş alırdım. Hər gün işə gedib-gəlirdim, axşam evə gəlib yatırdım, səhər tezdən isə çıxıb gedirdim. Gecə saat dördün yarısında... (canlı efirdə səsi alındı).
Bu, Allahın yazısıdır ki, mən Aysu ilə ailə qurdum. Aysu uşaq deyil. O mənim pis və yaxşı günümdə yanımdadır. Onun yaşı az ola bilər, o xanımdır. Aysu işləyir, həm də ali məktəbdə təhsilini davam etdirir. Onun əxlaqı yerindədir, mən ona başımla cavabdehəm. Mənim birinci xanımım qızlarımı mənim əlimdən alıb”.
Qeyd edək ki, 47 yaşlı Şirzad adlı şəxsin ilk evliliyindən 2 qız övladı var.
 


28.04.2023 15:44
show 713