Cəmiyyət

Azərbaycanda ŞOK – Azyaşlı uşaq acından öldü

“Qafqazinfo” ailə ilə bağlı bəzi məlumatları əldə edib.

Birinci qrup əlil olan 2002-ci il təvəllüdlü Səbinə Bayramovanın iflic olduğu müəyyənləşib. O danışa və gəzə bilmirmiş.

Mərhumun 2005-ci il təvəllüdlü qardaşı da var. O, əsgərlikdən yeni gəlib və Bakıda yaşayır. Onların anası 10 il öncə vəfat edib.

İntihar edən Məhəbbət Bayramov isə ikinci dəfə Günəş adlı qadınla ailə qurub. Onlar 6 il birgə yaşayıblar. Lakin övladları olmadığı üçün bundan 1 ay öncə ayrılıblar.

Səbinə Bayramovanın əlilliyi ilə bağlı aldığı müavinəti dəqiqləşdirmək üçün Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyə ehtiyacı olan ailə olduğuna görə DSMF tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi: “Belə ki, 2006-cı ildən serebral iflic diaqnozu ilə yataq xəstəsi olan 1-ci qrup əlil Bayramova Səbinə Məhəbbət qızına əlilliyə görə 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi. Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd ödənilirdi. Bununla yanaşı M.Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı Səbinə Bayramovanın isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.

Məlumata görə, evdən səs gəlmədiyini görən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüblər. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

***

Yevlax rayonunun Aran qəsəbəsində yaşayış evindən evdən biri azyaşlıya məxsus olmaqla iki meyit aşkarlanıb.

Qlobal.net APA-ya istinadən bildirir ki, meyitlər Məhəbbət Əvəz oğlu Zeynalov və onun birinci qrup əlil qızına məxsusdur.

İlkin məlumata görə, ata üç gün əvvəl qəsd edib.

Evdə tək qalan azyaşlı qızın isə aclıqdan öldüyü ehtimal olunur.

Hər iki meyitin bu gün aşkarlandığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Related Articles

Bir cavab yazın

Back to top button