sənədsiz ev

Azərbaycanda sənədsiz evlərlə bağlı VACİB XƏBƏR - VİDEO

Hələ 2011-ci ildə rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara xüsusi tapşırıqlar verilsədə, prossesin icrasına bu günə qədər başlanmayıb.Nəticədə xüsusilə paytaxt və ətraf ərazilərdə yüzminlərlə mənzil, necə deyərlər, havada qalıb. Xəzər rayonu Binə qəsəbəsində məskunlaşan sakinlər deyirlər ki, çıxarış alabilmək üçün dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, ancaq heç bir nəticə hasil olmayıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə hazırda sənədsiz evlər həm şəhər mərkəzində, həmdə ətraf qəsəbə və kəndlərdə qalmaqdadır. Ekspert məsələdə əsas işin yerli icra orqanlarının üzərinə düşdüyü qənaətindədir. 

Ramil Osmanlı bildirir ki, vaxtilə bu mənzillərin bir çoxu bələdiyyə sənədləri əsasında tikilib. Amma indi həmin sənədlər çıxarışın alınması üçün əsas sayılmır.

Ekspertlərin fikrincə, sənədsiz mənzillərə çıxarış verilməsinin gecikdirilməsi təhlükəli ərazilərdə tikilən evlərin söklümə prossesini də yubadır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, millət Vəkili Razi Nurullayevin fikrinə görə, həm mənzillərin çıxarışla təmin edilməsi, həmdə söküləcək evlərlə bağlı məsələlər tezliklə həllini tapmalıdır. 

Qeyd edək ki, ekspertlərin hesablamalarına görə, ölkə üzrə hər il 25 mindən artıq sənədsiz ev tikilir.


05.10.2022 09:46
show 521