məktəb
Azərbaycanda şagirdi məktəbdə zorlayıb videoya çəkdilər

Samux rayonu, Qiyaslı kənd orta məktəbində oğlan şagirdə qarşı seksual xarakterli hərəkətlər edilib.

Qlobal.net xəbər verir ki, 2008-ci il təvəllüdlü, IX sinif şagirdi öz həmcinsi, 2011-ci il təvəllüdlü şəxsə qarşı bu cür hərəkətlər edib.

Ətrafda olan şagirdlər hadisəni kamera vasitəsilə lentə alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov oxu.az-a bildirib ki, baş verən hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Məsələ barədə Polis Şöbəsində cinayət işi başlanıb. Artıq müvafiq ekspertiza təyin olunub, məsələyə hüquqi qiymət veriləcək".

19.10.2022 17:14
show 5113