Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ

Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

Qlobal.net xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb.

Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. (lent.az)

1738564089.direktor 1738565828 Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ

Related Articles

Bir cavab yazın

Back to top button